Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri– Sabunçu rayonu Maştağa qəsəbəsi şəhidi Mütəllimzadə Ağacavad Ələsgər oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım günü münasibətilə keçirilən mərasimdə iştirak edən Akademiya əməkdaşları Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verib, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər. 

Mərasimdə Akademiya tələbələrinin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib. 

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!